“Portuqaliya Ukraynaya 100 milyon avro məbləğində əlavə yardım göndərmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Portuqaliyanın Baş naziri Luis Monteneqro deyib.
Mayın 28-də Ukrayna və Portuqaliya Lissabonun 2024-cü ildə Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Lissabon həmçinin F-16 qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada, dəniz koalisiyasında, həmçinin Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.
İyulun 10-da Baş nazir Monteneqro bildirib ki, Portuqaliyanın Ukraynaya yardımı bu il təxminən 220 milyon avroya çatacaq və ölkə 2025-ci ildə də eyni məbləğdə yardım göstərmək niyyətindədir.