Yaponiyanın Baş naziri Kişida Fumio NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq etməyi hədəfləyir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Yaponiya və NATO-nun həssas kəşfiyyat mübadiləsi prosedurlarını gücləndirəcəyini ifadə edən Baş nazir Kişida deyib: “Avro-Atlantik və Hind-Sakit Okean bölgələrinin təhlükəsizlik mühitləri artıq bir-birindən ayrıla bilməz”.
Ölkəsinin 2025-ci ilin mart ayının sonuna kimi NATO üzvlərinin iştirakı ilə beynəlxalq konfransa ev sahibliyi edəcəyini bildirən Kişida Yaponiyanın kiberhücumlarla mübarizə imkanlarını gücləndirmək üçün NATO-nun rəhbərlik etdiyi təlimlərə qatılacağını açıqlayıb.