“ABŞ-ın ən iri avtomobil istehsalçıları və onların təchizatçıları Çinin nadir torpaq metallarının (REM) ixracını dayandırması səbəbindən bəzi ehtiyat hissələrinin istehsalını Çinə ötürmək imkanını nəzərdən keçirir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ avtomobil istehsalçıları ehtiyat edirlər ki, bir neçə həftədən sonra nadir torpaq elementlərinin çatışmazlığı səbəbindən bir sıra avtomobillərin istehsalını dayandırmalı olacaqlar.
WSJ xatırladıb ki, dünyada nadir torpaq metallarının 90%-i Çin tərəfindən təmin edilir. Həmin metallar smartfonlar və F-35 döyüş təyyarələrinin istehsalında da geniş istifadə olunur.
Qeyd edək ki, aprelin 14-də Çin hökuməti ABŞ-la ticarət müharibəsi kontekstində qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərə mənfi təsir göstərə biləcək bir sıra nadir torpaq metallarının və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib. Çin hökuməti ixracı tənzimləmək, bir çox limanlarından maqnit və ağır nadir torpaq metallarının daşınmasını dayandırmaq üçün yeni sistem hazırlayır.