Xəbərlər

ABŞ-da körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təxmin edilir

ABŞ-ın Merilend ştatında yük gəmisinin körpüyə çırpılması nəticəsində çökən Francis Scott Key körpüsündən çaya düşən 8 nəfərdən 2-i xilas edilib, 6 nəfərin isə öldüyü təxmin edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Sahil mühafizə bölməsinin əməkdaşı Şennon Gilreath axşam saatlarında keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib: “Hazırda bu insanların heç birini sağ tapacağımızı düşünmürük”.

Səlahiyyətli şəxslər 6 işçinin axtarışlarının dalğıclarla davam etdiriləcəyini əlavə edib.

Qeyd edək ki, körpüyə çırpılan Sinqapur bayraqlı “Dali” yük gəmisində olan 22 ekipaj üzvünün hamısı sağ-salamat xilas edilib.