Vaşinqtonda baş verən təyyarə qəzasından sonra ABŞ Nəqliyyat Departamenti ölkədə sərnişin təyyarələrinin uçuş qaydalarını tənzimləyən Federal Aviasiya Administrasiyasında islahat hazırlamağa başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi bildirib.
“Mən islahatların aparılması üçün ilkin planın hazırlanması üzərində işə başlamışam. Ümid edirəm ki, işi mümkün qədər tez başa çatdıracağam”, – nazir qeyd edib.