Şimali Karolinanın şərqindəki Elizabet Siti Dövlət Universitetində Vikinqlər Festivalının son günündə atışma baş verib.
“Füyuzat”ın məlumatına görə, festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölən şəxsin tələbə olmadığı, yaralıların isə xəstəxanaya aparıldığı bildirilib.
Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra universitet şəhərciyi müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.