Xəbərlər

ABŞ geokəşfiyyat zamanı süni intellektdən istifadə edəcək

“Hərbçiləri xəritəçəkmə və peyk kəşfiyyatı məlumatları ilə təmin edən ABŞ-ın Milli Geoməkan-Kəşfiyyat Agentliyi (NGA) bu il süni intellekt (AI) texnologiyalarının tətbiqi üzrə genişmiqyaslı proqram həyata keçirməyi planlaşdırır ki, buna da süni intellekt modellərinin yaradılması, zəruri infrastrukturun alınması və ixtisaslaşdırılmış bölmələrin təşkili daxildir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə NGA direktoru bildirib.

“Biz süni intellekt modellərimizi hazırlamaq və uyğun nəticələr çıxarmaq üçün lazım olan hesablama gücünü təmin etməliyik” , – məlumata əlavə edilib.