Xəbərlər

ABŞ-ın Moxave səhrasında 6 nəfərin cəsədi tapılıb

ABŞ-ın Kaliforniya ştatında yerləşən Moxave səhrasında 6 nəfərin cəsədi tapılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə San Bernardino Polis Bölməsinin sözçüsü Mara Rodriqez açıqlama verib.

O, açıqlamasında komandanın çərşənbə axşamı axşam saatlarında mərkəzdən kilometrlər uzaqlıqdakı səhra ərazisinə yollandığını və 5 cəsəd tapdığını söyləyib.

Rodriqez gecə boyu aparılan axtarışlar nəticəsində daha bir nəfərin cəsədinin tapıldığını, şəxslərin ölüm səbəbinin və ölüm vaxtının hələ müəyyən edilmədiyini bildirib.

Hadisə yerində birinin pəncərəsi partlamış vəziyyətdə, digərinin isə qapısı açıq olan iki avtomobilin olduğu da öyrənilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.