Xəbərlər

ABŞ: İran İsrailə birbaşa hücum etsə, ciddi nəticələrlə üzləşəcək

“İran İsrailə birbaşa hücum edərsə, ciddi nəticələrlə üzləşəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Pentaqon rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə telefon danışığı zamanı deyib.

“Təhlükəsizliklə bağlı inkişafları və İsrailin əməliyyatlarını müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşdüm. ABŞ-ın İsrailin özünümüdafiə haqqını dəstəklədiyini açıq şəkildə bildirdim.
Bir daha qeyd etdim ki, İran öz tərəfdaşlarını və müttəfiqlərini müdafiə etmək üçün yaxşı mövqedədir və hər hansı bir aktorun gərginlikdən istifadə etməsinə və ya münaqişəni genişləndirməsinə mane olmaq əzmindədir. Yox əgər İran İsrailə qarşı birbaşa hərbi hücuma keçmək qərarına gələrsə, ciddi nəticələrlə qarşılaşacaq”, – Ostin bildirib.