Xəbərlər

ABŞ İrana qarşı İsraili qorumağa hazırdır

“İrandan hücum təhlükəsi olarsa, ABŞ İsraili müdafiə etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Con Fayner deyib.

“Biz aprel ayında İsraili İranın hücumundan qoruduq və İran İsrailə hücum etməyə cəhd edərsə, bunu yenidən etməyə hazırıq. Livanda münaqişə var, bu, müharibəyə çevrilə bilər və biz bu müharibənin baş verməsindən narahatıq. Böyük müharibənin olması İsrailin maraqlarına uyğun deyil”, – Fayner bildirib.