ABŞ nüvə silahının inkişafına qarşı mübarizə tədbiri olaraq İrandan üç fiziki və bir quruma qarşı sanksiyalar tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.
“Tehran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməyə davam edir və nüvə silahlarının hazırlanmasında istifadə olunan ikili təyinatlı məhsullar sahəsində tədqiqat və inkişaf işləri aparır. İran həmçinin xarici təchizatçılardan ikili istifadəli məhsullar əldə etmək üçün ön şirkətlərdən və agentlərdən istifadə edir”, – bəyənatda qeyd olunub.