Xəbərlər

ABŞ İsrailə dəstəyini dayandırır?

“İsrailin Qəzza zolağına hücumları 100 günün sonunda Təl-Əvivi dəstəkləyən Vaşinqton rəhbərliyinin “səbrini tükəndirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın “Axios” nəşri bildirib.

Açıqlamada ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında anlaşmazlıqların artdığı və dekabrın 23-dən sonra iki liderin 20 gün ərzində görüşmədiyi bildirilib. Bunun iki dövlət arasında fikir ayrılıqlarının göstəricisi olduğu qeyd edilib.