ABŞ dövlət katibi Marko Rubio və İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.
“Füyuzat”ın məlumatın görə, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.
“Onlar İraqın enerji müstəqilliyinə nail olmaq, İraq-Türkiyə boru kəmərini tez bir zamanda yenidən işə salmaq və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl etmək lazım olduğuna dair razılığa gəliblər”, – məlumatda bildirilib.