Xəbərlər

ABŞ Konqresi hökumətin əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı günü respublikaçıların federal hökumətin maliyyələşdirilməsinin müvəqqəti uzadılması və borc tavanının artırılması ilə bağlı təqdim etdiyi qanun layihəsini qəbul etməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Sənədi Konqresin aşağı palatasının 174 üzvü dəstəkləyib, 235-i isə əleyhinə çıxıb.

Qanun layihəsi federal hökumətin maliyyələşdirilməsinin 2025-ci il martın 14-dək uzadılmasını, həmçinin ABŞ-ın borc tavanının 2027-ci il yanvarın 30-dək dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-ın borcu noyabrda ilk dəfə olaraq 36 trilyon dolları keçib.