Xəbərlər

ABŞ maliyyə naziri ticarət müharibəsini genişləndirməməyi tövsiyə edib

ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun aprelin 2-də ticarət müharibəsi başlatdığı ölkələrə xəbərdarlıq edib ki, Vaşinqtona qarşı cavab olaraq tədbirlər görməsinlər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bessent “Fox News”a müsahibəsində deyib.

Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, o, dövlətlərin hər birinə “cavab reaksiya verməməyi” tövsiyə edir:

“Sakit oturun, qəbul edin və nə baş verdiyini görün. Çünki cavab versən, eskalasiya olacaq”.

Bessent qeyd edib ki, tariflərin məqsədi uzunmüddətli iqtisadi artım üçün zəmin yaratmaqdır.