ABŞ Dövlət Departamenti Varşavaya 400 ədəd “AIM-120D” hava raketinin 1,33 milyard dollar qarşılığında satışını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələrə əsasən hərbi texnika və silahların xaricə çatdırılmasına cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Verilən məlumata görə, çatdırılmaya raketlər üçün nəqliyyat konteynerləri, istiqamətləndirici sistem dəstləri, proqram təminatı, ehtiyat hissələri və digər avadanlıqlar da daxil olacaq.