Xəbərlər

ABŞ senatoru: İran 6 nüvə bombası hazırlamağa çox yaxındır

Respublikaçı senator Lindsey Qraham İranda altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranın olduğunu iddia edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə senator “Fox News”a müsahibəsində bildirib.

“Onlarda (İran hakimiyyəti – red.) altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran var. Bundan istifadə edəcəklər. İran 6 nüvə bombası hazırlamağa çox yaxındır. İsraili məhv edəcəklər, sonra da bizim üçün gələcəklər”, – Qraham vurğulayıb.