Xəbərlər

ABŞ: Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib

“Türkiyə Ukrayna münaqişəsinin həlli üçün ABŞ, Rusiya, Türkiyə və Ukrayna liderlərinin dördtərəfli görüşünü təşkil edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barak deyib.

“Prezident Trampın səbri tükəndi. Ümumiyyətlə, onun çox səbirli olduğunu söyləmək olmaz. Türkiyənin də prosesə qoşulması və bir sıra məsələlərin aradan qaldırılması ilə sammit görüşü baş tuta bilər. Və düşünürəm ki, problemin hər kəsə uyğun həllini tapa bilərik”, – səfir əlavə edib.