Xəbərlər

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım ayırıb

“Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əsasən havadan müdafiə və artilleriya silahlarından ibarət olmaqla bu ölkəyə 200 milyon dollar dəyərində əlavə hərbi yardım paketi göndəriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirib.

“Ukraynaya öz ərazisini müdafiə etməyə kömək edəcək əlavə hərbi yardım paketinə 200 milyon dollar dəyərində hava hücumundan müdafiə, artilleriya sursatları, tank əleyhinə silahlar və digər texnika daxildir”, – bəyanatda qeyd olunub.

ABŞ-ın müdafiə naziri Llyod Austin, ölkəsinin Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu əlavə edib.