“Vaşinqton administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində növbəti hərbi yardım paketi təqdim edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat yayıb.
“ABŞ prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi artan hərbi yardımın bir hissəsi olaraq, Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarına təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və texnika paketi verir. Paketə piyada əleyhinə minalar, “HIMARS” reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, pilotsuz uçuş aparatları (PUA) və əks tədbirlər, “AT- 4”, “TOW” tank əleyhinə raket sistemləri və Javelin, atıcı silahlar və sursatlar daxildir. Bundan əlavə, müxtəlif avadanlıq və ehtiyat hissələri Ukrayna tərəfinə təhvil veriləcək”, – Blinken əlavə edib.