Xəbərlər

ABŞ Ukraynaya silah tədarükünü tamamilə dayandırıb

ABŞ hakimiyyəti Ukraynaya bütün növ silah və sursatların çatdırılmasını dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Economist” jurnalı Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

“Ukrayna rəsmiləri Vaşinqtonun bu hərəkətlərini mart ayında Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən davadan sonra Kiyevə edilən siyasi güzəştləri azaltmaq ilə əlaqələndirirlər”, – məlumatda qeyd olunub.