“ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) və BMT-nin İnsan Haqları Şurasında (UNHRC) iştirakını dayandıran fərman imzalayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
“İcra sərəncamı həmçinin ABŞ hökumətinin BMT-yə müntəzəm büdcə ayırmasını da azaldacaq. ABŞ Xarici İşlər Nazirliyi BMT-nin Baş katibinə UNRWA və UNHRC-yə bütün ödənişlərin dayandırılacağı barədə məlumat verəcək. Bundan əlavə, 90 gün ərzində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüklə bağlı hərtərəfli araşdırma aparılacaq və ABŞ-ın təşkilatda qalıb-qalmaması ilə bağlı yekun qərar veriləcək. Sərəncamda UNHRC-nin insan hüquqlarının pozulmasında iştirak edən ölkələri müdafiə etdiyi, YUNESKO-nun son illərdə İsrailə qarşı siyasət yürütdüyü, həmçinin artan borclarla bağlı narahatlıqları aradan qaldırmaqda uğursuzluğu da qeyd edilib”, – məlumatda bildirilib.