Xəbərlər

ABŞ və Çin qarşılıqlı olaraq gömrük rüsumlarını azaldır

ABŞ Çin mallarına rüsumları 90 gün ərzində 145 faizdən 30 faizə, Çin isə 90 gün ərzində 125 faizdən 10 faizə endirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent və ABŞ-ın Ticarət Nümayəndəsi Jamieson Greer mətbuat konfransında bildiriblər.

Rəsmilər Cenevrədə Çin nümayəndə heyəti ilə keçirilən görüşdən sonra razılaşma ilə bağlı açıqlama verib. Açıqlamada ABŞ-ın 14 May tarixindən etibarən fentanil də daxil olmaqla Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 gün ərzində 145 faizdən 30 faizə, Çinin isə ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 gün ərzində 125 faizdən 10 faizə endirəcəyi bildirilib.