ABŞ və Çin bir ildən sonra ilk dəfə hərbi səviyyədə danışıqlar aparıb.
“Füyuzat” ın məlumatına görə, ABŞ-ın Baş Qərargah rəisi Çarlz Q. Braun və Çin Baş Qərargah rəisi Liu Zenli videokonfrans vasitəsilə görüşüb.
“ABŞ Baş Qərargah rəisi general Çarlz Q.Braun Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi general Liu Zenli ilə videokonfrans vasitəsilə görüşüb. Bu, general Braunun Baş Qərargah rəisi olduqdan sonra qarşı tərəflə ilk görüşü idi. General Braun rəqabəti məsuliyyətlə idarə etmək, yanlış hesablamalara yol verməmək, açıq və birbaşa ünsiyyət xətlərini saxlamaq üçün birgə işləməyin vacibliyini müzakirə edib. Eyni zamanda General Braun anlaşılmazlıq ehtimalını azaltmaq üçün Xalq Azadlıq Ordusunun substantiv dialoqa getməsinin vacibliyini bir daha da vurğulayıb. Həmçinin, iki hərbi lider bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər”, – ABŞ Birləşmiş Qərargah Rəisləri tərəfindən verilən açıqlamada qeyd edilib.
Qeyd edək ki, iki ölkə son bir ildə ilk dəfə hərbi səviyyədə danışıqlar aparıb. Keçən ay isə Kaliforniyada ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin görüşüb.