Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək.
“Füyuzat” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumata görə, sentyabrın 24-də keçiriləcək qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbul Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçiriləcək.



