“Volodimir Zelenski, ehtimal ki, Şimali Atlantika Alyansının (NATO) iyunun sonunda Haaqada keçiriləcək sammitinə dəvət olunacaq, lakin o, işçi görüşlərdə iştirak etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “alyansa üzv olan ölkələrin əksəriyyəti bu və ya digər şəkildə Zelenskinin Haaqada olmasına israr edir, lakin heç kim ABŞ prezidenti Donald Trampı incitmək istəmir”.