Xəbərlər

Ağ Ev: ABŞ Rəfah əməliyyatında İsrailə dəstək vermək istəmir

“Ağ Ev İsrailin Qəzza zolağında Rəfah əməliyyatına maddi dəstək verməkdən çəkinir, lakin HƏMAS hərəkatı ilə mübarizə strategiyasını təkmilləşdirmək üçün İsrail ilə işləməyə davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib.

“Prezident Bayden CNN-də açıqladı ki, biz Rəfahda belə bir əməliyyata maddi dəstək vermək istəmirik”, – o deyib.

“Prezident öz komandasına HƏMAS-ı davamlı məğlubiyyətə uğratmaq strategiyasını təkmilləşdirmək üçün İsraillə işləməyə davam etməyi tapşırıb. Onun fikrincə, Rəfaha zərbə endirməklə məqsədə nail olunmayacaq”, – o izah edib.

Xatırladaq ki, bundan əvvəl Bayden CNN telekanalına müsahibəsində bildirib ki, ABŞ ordusu Qəzza zolağında Rəfaha daxil olarsa, İsrailə silah tədarükünü dayandıracaq.