“ABŞ-ın keçmiş prezidenti Co Baydenin metastatik prostat xərçəngi ilə bağlı nəticələri yaxşı deyil, o bir il ərzində ölə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin keçmiş həkimi Ronnie Jackson məlumat verib.
“Mən bir neçə uroloqla danışmışam və ümumi konsensus ondan ibarətdir ki, xəstəlik irəliləyib və bütün bədənə yayılması 12-18 ay çəkə bilər”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Baydenin şəxsi ofisi onun xəstəliyini “kiçik bir narahatlıq” olaraq xarakterizə etmişdi.