“Avropa İttifaqı (Aİ) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri dekabrın 17-də təzyiq tədbirlərini və Gürcüstandakı vəziyyətə müdaxilə yollarını, o cümlədən sanksiyaların tətbiqi və vizasız rejimin məhdudlaşdırılması imkanlarını müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna NATO xarici işlər nazirlərinin toplantısına gələrkən deyib.
“Gürcüstan məsələsini növbəti Aİ Xarici Əlaqələr Şurasında nəzərdən keçirəcəyik. Avropa Komissiyası hər hansı tədbirlərin mümkün olmasına dair təkliflər təqdim edəcək”, – nazir əlavə edib.
Verilən məlumata görə, Tsahkna həmçinin oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərini qanunsuz kimi qiymətləndirib.