Avropa İttifaqı (Aİ) İsrail hökumətinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bölgədəki fəaliyyətinə qadağa qoymasını pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Aİ İsrail ilə UNRWA arasında 1967-ci il müqaviləsini ləğv etmək və ya UNRWA-nın öz mandatını yerinə yetirmə qabiliyyətinə mane olmaq cəhdini pisləyir. Aİ UNRWA-nın mandatını yerinə yetirməsi üçün dəstəyini davam etdirməyə sadiqdir”, – Kallas qeyd edib.