Martın 6-da Avropa İttifaqı (Aİ) Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta bildirib.
“Mən martın 6-da Avropa Şurasını xüsusi iclasını çağırmaq qərarına gəldim. Biz Ukrayna və Avropanın təhlükəsizliyi üçün həlledici an yaşayırıq”, – Kosta yazıb.