Xəbərlər

Aİ ölkələri Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı sammit keçirəcək

“Avropa İttifaqı (Aİ) liderləri Ukrayna üçün Avropanın təhlükəsizlik təminatlarını və suveren müdafiə tədbirlərini müzakirə etmək üçün martın 6-da fövqəladə sammit keçirəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kosta bildirib.

“İştirakçılar Avropanın cari və gələcək təhlükəsizlik çağırışlarına cavab vermək üçün qısa müddətdə ilkin qərarlar qəbul etmək məqsədi ilə Avropanın vəd edə biləcəyi müdafiə məsələlərinə baxacaqlar. Aİ Ukrayna üçün uzunmüddətli sülhü təmin etməkdən ötrü zəruri olan gələcək təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olmalıdır”, – o qeyd edib.