Xəbərlər

Aİ: Türkiyəni təhlükəsizlik aktoru kimi görürük

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyəni təhlükəsizlik sahəsində vacib tərəf kimi gördüklərini ifadə edərək, Türkiyənin son vaxtlar uğurla davam etdirdiyi vasitəçilik səylərindən məmnunluq duyduqlarını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kallas mətbuata açıqlamasında deyib.

“Aİ-də təhlükəsizlik və müdafiə ilə bağlı verdiyimiz qərarlar yeni xərclər deməkdir. Bu, üzv dövlətlərə kreditlər və ya ortaq satınalmalar, ortaq layihələr təklif etmək imkanı verir. Bu həm də Türkiyə kimi tərəfdaşlarla əməkdaşlıq etmək deməkdir. Avropa ölkələri müdafiə alışlarının 60 faizini ABŞ-dan edir. Bu o deməkdir ki, biz öz müdafiə sənayemizi gücləndirməliyik. Birgə istehsalı inkişaf etdirə biləcəyimiz yerlər var. Məsələn, Türkiyə kimi tərəfdaş ölkələrlə. Artıq namizəd ölkə olaraq Türkiyənin də Avropa ölkələri ilə ortaq layihələr üçün SAFE kreditlərinə çıxışı var. Biz Türkiyəni mütləq təhlükəsizlik sahəsində bir aktor olaraq görürük”, – o əlavə edib.