Xəbərlər

Aİ xarici işlər nazirləri Böyük Britaniyada görüşəcək

Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və Aİ-nin xarici işlər nazirləri bu gün, mayın 12-də İngiltərədə toplaşacaqlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, müzakirələr Ukraynaya dəstəklə bağlı olacaq. Rusiya tərəfinə qarşı sanksiyaların elan edilməsi mümkün ehtimaldır.

Görüş zamanı Ukraynaya yardım mövzusu ilə yanaşı, regional müdafiə əməkdaşlığının genişləndirilməsi barədə də danışıqlar aparılacaq.