“Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilməsi planlaşdırılan görüşündə Ukraynadakı münaqişə və bununla bağlı məsələlər diqqət mərkəzində olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin yüksək rütbəli nümayəndəsi jurnalistlərə müsahibəsində bildirib.
“Aİ Şurasının iclasının ikinci əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, o cümlədən Qəzza münaqişəsi və Suriyadakı hadisələr olacaq. Xarici işlər nazirləri xüsusilə Kiyevə hərbi yardımın göstərilməsi, ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarını, həmçinin təhlükəsizlik təminatlarını müzakirə edəcəklər”, – nümayəndə qeyd edib.