Xəbərlər

Almaniya prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun məlumat yayıb.

“Səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələrinin bütün aspektləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunacaq. Görüş çərçivəsində ölkə başçılarının Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparacağı da nəzərdə tutulur. İnanırıq ki, Türkiyə ilə Almaniya arasında köklü və qədim ikitərəfli münasibətlər bu səfərlə daha da güclənəcək”, – Altun qeyd edib.