Xəbərlər

Almaniya: Qəzza fələstinlilərə məxsusdur

“Qəzza zolağı İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə aiddir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok yazılı açıqlamasında bildirib.

O, ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarına ad çəkmədən reaksiya verib.

Qəzzanın xarabalığa çevrildiyinə diqqət çəkən Berbok qeyd edib: “Eyni zamanda bir şey aydındır. Qəzza İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə məxsusdur. Bu torpaqlar gələcək Fələstin dövlətinin ərazisini təşkil edir. Fələstinli mülki əhalinin Qəzzadan sürgün edilməsi təkcə qəbuledilməz hal deyil, həm də beynəlxalq hüquqa ziddir”.

Baerbok həmçinin xəbərdarlıq edib ki, hər hansı məcburi köç cəhdi yeni əzablara və yeni nifrətə səbəb olacaq.