Xəbərlər

Almaniyanın İsrailə silah ixracının dayandırılması üçün məhkəmə orqanlarına müraciət edilib

Almaniyada İsrailə silah ixracına icazə verilməsinin dayandırılması üçün Berlin İnzibati Məhkəməsinə müraciət edilib.

“Füyuzat”ın məlumatına görə, sözügedən mövzu ilə bağlı vəkil Ahmet Abed açıqlama verib.

Ahmet Abed Qəzzadakı insanların məhkəməyə müraciət etdiklərini və Almaniyadan İsrailə silah göndərişinin dayandırılmasını istədiklərini bildirib.

İsrailə göndərilən silahların soyqırım və müharibə cinayətləri kimi beynəlxalq hüquq pozuntuları üçün istifadə edildiyini iddia edən Abed, Almaniya hökumətindən insanların hüquqlarını qorumasını tələb etdiklərini bildirib.

“Almaniya bu hərbi cinayəti dəstəkləməməli və soyqırım təhlükəsinə son qoymalıdır. Almaniyanın insan həyatını qorumaq üçün konstitusiya məsuliyyəti var. Üstəlik, beynəlxalq hüquqa zidd olduğu üçün silah ixracını da ləğv etməlidir”, – Abed əlavə edib.

Qeyd edək ki, Abed müraciətlərinin tezliklə yekunlaşacağını gözlədiyini bildirib.