Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə, 13,33 milyard avro dəyərində silah tədarükü ilə bağlı razılaşmaları təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Bu məbləğin yarısından çoxu – 8,15 milyard avro Ukraynaya ayrılan silahlardır. 2023-cü ildə Almaniyanın hərbi ixracı 12,13 milyard avroya çatıb və bu, əvvəlki ilin göstəricisini demək olar ki, 10% üstələyib. Hərbi silahların payı 61% təşkil edib. Ukraynadan sonra ikinci ən mühüm alıcı 1,21 milyard avro ilə Sinqapur, üçüncü yerdə Əlcəzair (558,7 milyon avro), dördüncü sırada ABŞ (319,9 milyon avro) və beşinci yerdə Türkiyə (230,8 milyon avro) qərarlaşıb”, – məlumatda bildirilib.