Xəbərlər

Alper Gezeravcı kosmik missiyasını tamamlayıb: “Bu yalnız başlanğıc idi”

Türkiyənin ilk insanlı kosmik missiyası tamamlanıb.

“Füyuzat”ın məlumatına görə, Türkiyənin ilk astronavtı Alper Gezeravcı vətəninə qayıdıb. Gezeravcını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

Beynəlxalq Kosmik Stansiyada (BKS) həyata keçirilən 13 təcrübə ilə Türkiyənin ilk insanlı kosmos elmi missiyasını başa vuran Alper Gezeravcı hava limanında gül dəstələri ilə qarşılanıb.

Gezeravcını hava limanında Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır qarşılayıb.