“Ankara Yunanıstanın Londondakı Britaniya Muzeyindən Parfenon heykəllərinin Afinaya qaytarılması tələbini dəstəkləyir və Yunanıstan-Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Ta Nea” qəzetinə müsahibəsində deyib.
“Nə Kipr türkləri, nə də Türkiyə daha 60 ili boş yerə sərf etmək istəmir.
Yunanıstan və Türkiyənin mədəni irsinin qorunması və mühafizəsi daha çox əməkdaşlıq və qarşılıqlı rəğbət tələb edən məsələdir.
Ege dənizi yalnız Yunanıstanın deyil. Türkiyə də bu dənizin bir hissəsinə sahibdir. Belə bir anlayış həm də Ege dənizi bölgəsinin bütün problemlərinin sülh yolu ilə həllinə töhfə verə bilər”, – o əlavə edib.