Kültür-sənət Xəbərlər

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq.

“Füyuzat” “Report”a istiandən xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, proqram mərkəzlə Ankara Dövlət Opera və Balet Baş İdarəsi arasında həyata keçirilən ortaq layihə çərçivəsində həyata keçiriləcək.

Festival çərçivəsində baş tutacaq “İki Devlet – Bir Sahne: Kardeş Ezgiler” adlı konsert proqramı isə 19 sentyabrda olacaq.

Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşaiyəti və Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçiriləcək konsertdə hər iki ölkənin tanınmış opera sənətçiləri çıxış edəcək.