Sentyabrın 15-də Türkiyənin paytaxtı Ankarada Qafqaz İslam Ordusunun döyüşçülərinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə təşkilati dəstəyi ölkəmizin Ankaradakı səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu göstərəcək.
Tədbirdə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi strukturlarının nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Tədbirdə 1918-ci ildə Bakını erməni daşnaklarından və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusunun tarixi rolu barədə məlumat veriləcək.



