Xəbərlər

Antalyada 174 otelin fəaliyyəti dayandırıldı

Antalyanın ən böyük bələdiyyəsi olan Muratpaşa Bələdiyyəsinin səlahiyyətliləri yanğın təhlükəsizliyi sistemlərindəki çatışmazlıqları aradan qaldıra bilməyən 174 otelin fəaliyyətini məhdudlaşdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə bələdiyyə orqanlarının yazılı açıqlamasında bildirilib.

“Bələdiyyə məsuliyyətlə çalışacaq və bütün aidiyyatı tənzimləyici qurumlarla əməkdaşlıq edəcək. Problemlərin aradan qaldırılması üçün 50 günlük müddət verilib. Səlahiyyətlilər öz səlahiyyətlərini aşa bilməz və yoxlamadan keçməyən otellərin fəaliyyətini davam etdirə bilməzlər”, – məlumatda bildirilib.