Misirin Luksor şəhərinin qərb sahilində yerləşən Şeyx Əbd əl-Qurna nekropolunda Ramessid dövrünə aid təxminən 3 min illik məzar aşkarlanıb.
“Füyuzat” xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Leyden Universitetinin arxeoloji missiyası tərəfindən aşkar edilən məzarın Paser adlı şəxsə məxsus olduğu bildirilir. Abidə Yeni Krallıq dövrünün özəl Teb məzarlarına xas memarlıq quruluşunu qoruyub saxlayıb.
Məzarın divarlarında Paserin və həyat yoldaşının təsvir olunduğu, eləcə də onun adının qeyd edildiyi kitabələr aşkar edilib. Hazırda arxeoloqlar tapıntının sənədləşdirilməsi və dəfn kompleksinin öyrənilməsi istiqamətində işləri davam etdirirlər.



