Xəbərlər

Avropa Şurasının baş katibi Ermənistana səfər edəcək

Avropa Şurasının baş katibi Alen Berset iyunun 11-12-də Ermənistana səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Səfər Cənubi Qafqaz üçün kritik vaxta təsadüf edir. Ermənistan və Azərbaycan arasında sülh danışıqları vacibdir. Biz regional sabitliyin mümkün olan ən yaxşı həll yollarını tapmaq üçün birlikdə çalışmalıyıq”, – məlumatda bildirilib.