Xəbərlər

Avstraliya Ukraynaya sülhməramlılar göndərmək məsələsini nəzərdən keçirəcək

“Avstraliya Ukraynaya sülhməramlıların göndərilməsi təklifini nəzərdən keçirməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistlərə açıqlamasında deyib.

“Əgər belə bir müraciət daxil olarsa, biz bunu nəzərdən keçirəcəyik.
Avstraliya tarixən sülhün təmin olunmasında mühüm rol oynayıb və Ukraynada da sülh olduğunu görmək istəyir. Lakin indiyədək Kiyev bizdən kömək istəməyib. Kanberranın Ukraynaya mümkün sülhməramlılar göndərilməsi ilə bağlı qərarı ABŞ-ın fikrindən asılı deyil. Avstraliya öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir və indi Kiyevi dəstəkləmək bizim milli maraqlarımıza uyğundur”, – deyə hökumət başçısı fikrini yekunlaşdırıb.