Xəbərlər

“Azərbaycan qadınının “İşıq”ı – dünəndən bu günə” adlı tədbir keçirilib

Bu gün Bakı Dövət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan qadınının “İşıq”ı – dünəndən bu günə” adlı tədbir keçirIlib.

          Tədbirdə universitetinin professor-müəllim heyəti, tələbələr, Milli İrsi Mədəni tarixi Araşdırmalar (MİMTA) Fondunun və “İşıq” jurnalının əməkdaşları iştirak ediblər.

          Çıxış edənlər – BDU Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, fakültənin dekanı Vüqar Əliyev, dekan müavini Samir Xalidoğlu, müəllim Afaq Sadıqova, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, “İşıq” jurnalının baş redaktor müavini Əsəd Aslanoğlu tarixi “İşıq” qəzetinin Azərbaycan mətbuat tarixindəki əhəmiyyətindən bəhs ediblər. Həmçinin Azərbaycan mətbuatı tarixinə ilk qadın qəzeti kimi düşmüş bu mətbu orqanın xüsusiliyinə diqqət çəkiblər.

          Tədbirdə eyni zamanda “İşıq” qəzetinin 1911–1912-ci illərdə nəşr olunmuş saylarının MİMTA Fondu tərəfindən transliterasiya edilmiş toplusu da təqdim olunub. Görüşdə iştirak edənlər topluya yüksək qiymət verərək onun mətbuat tarixi və Azərbaycanda qadın hərəkatının tarixini araşdıranlar üçün mühüm qaynaq olduğunu vurğulayıblar. Bundan başqa MİMTA Fondu tərəfindən “İşıq” qəzetinin 100 il sonra jurnal formatında bərpa edilərək nəşr olunması təqdirəlayiq iş kimi qiymətləndirilib, jurnalın 12 illik fəaliyyəti haqqında geniş məlumat verilərək tələbələrə jurnalın sayları hədiyyə edilib.