Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ANAMA məlumat yayıb.
Verilən məlumata görə, martın 3-dən 9-nadək azad edilən ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 1365.3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.