Xəbərlər

AZAL-ın təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb

AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi çərşənbə günü Qazaxıstanda qəzaya uğrayıb.

“Füyuzat”ın məlumatına görə, Qazaxıstan mediası ölənlərin olduğunu bildirir.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Bildirilir ki, təyyarədə 67 sərnişin, beş ekipaj üzvü olub.

Son məlumatlara əsasən, təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub.